Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2021 14:26
O, orduda xidmət etməyi özünə yol seçmişdi. Gizir olmaq arzusu baş tutmasa da MAXE kimi ordu sıralarına dönmüşdü həqiq hərbi xidmətdən sonra. Bundan 1 il keçməmiş torpqalarımızın azad edilməsi uğrunda vətən müharibəsi başladı. Elşən Dünyamalıyev də elə bu günü gözləyirmiş kimi döyüşə atıldı və şəhidlik zirvəsinə ucaldı.
Vətən müharibəsində əldə olunan parlaq tarixi qələbədə payı olanlardan biri də odur - 1997-ci ildə Gəncə şəhərində doğulan Elşən Dünyamalıyev. O, orduda qalıb, xidmət etmək istəyirdi. Elşən inanırdı ki,qarşıda xalqımızı savaş gözləyir. Torpaqlarımız gec-tez azad olunmalı idi. Birinci Qarabağ savaşının iştirakçısı olan atasından eşitdikləri onda bu həvəsi, qisas hissini daha da alovlandırmışdı.
Onun döyüş dostları deyir ki, Elşən heç bir çətinlikdə geri durmazdı. Topçu olsa da bir neçə dəfə kəşfiyyat tapşırılqlarının icrasına könüllü getmişdi. Elə bu cəsurluğuna görə də Canavar ləqəbi verilmişdi ona.
Torpaqlarımızın işğal altında olması Elşəni hələ uşaq yaşlarından narahat edirdi. Həmişə Vətən borcunu ödəmək haqqında düşünürdü.
Düşmən üzərinə elə ürəklə, elə yanğı ilə atıldı ki, şəhadəti də ilk dadanlardan oldu. Savaşın 4-cü günündə, Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edildi.
Sonxeber.net xəzər xəbər-ə istinadla sujeti təqdim edir: