Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2021 23:25
Müğənni Aynur Dadaşovanın atası İbrahim Dadaşovun səhhəti anidən pisləşib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Lent.az-a ifaçının özü bildirib: "Anidən atamın vəziyyəti pisləşdi. İkinci dəfə insult keçirdi. Kliniki Tibbi Mərkəzə yerləşdirdik. Hazırda reanimasiyadadır. Həkimlər söylədilər ki, vəziyyəti ağırdır. Nə edəcəyəmi bilmirəm. Allah özü kömək olsun".
Qeyd edək ki, ötən il A.Dadaşovanın bacısı Günel xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.