Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da ilk dəfə 3D çap texnologiyası ilə tikilmiş ev istifadəyə verilib - FOTO

ABŞ-da ilk dəfə 3D çap texnologiyası ilə tikilmiş ev istifadəyə verilib - FOTO

Tarix: 29 Dekabr 2021 12:02

ABŞ-da yoxsullara dəstək məqsədilə ilk dəfə olaraq xeyriyyə proqramı çərçivəsində 3D çap texnologiyası ilə tikilmiş ev istifadəyə verilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bina Virciniya ştatının Uilyamsburq şəhəri yaxınlığında, aztəminatlı ailələr üçün evlər tikən "Habitat for Humanity" xeyriyyə təşkilatının təşəbbüsü ilə tikilib. Tikinti 3D çap üzrə ixtisaslaşmış "Alquist" şirkəti tərəfindən həyata keçirilib.

3D printerdən istifadə edilərək tikilən və sahəsi 110 kv.m-dən çox olan bir mərtəbəli evdə üç yataq otağı və iki vanna otağı var. Bünövrəni və divarları ucaltmaq üçün cihaza cəmi 12 saat lazım olub.

Dam örtüyü və digər tamamlama işləri inşaatçılar komandası tərəfindən həyata keçirilib.

Bildirilir ki, ən son texnologiyaların istifadəsi işin maya dəyərini ən azı 15% azaldıb. Həmçinin belə evlərin tikintisi daha tez başa gəlir (adi evlərin tikintisi adətən orta hesabla dörd həftə çəkir).

Ev 13 yaşlı oğlu olan qadına yoxsullara verilən güzəştli şərtlərlə ipoteka ilə satılıb.


Etiketlər:  ABŞ dəfə çap texnologiyası ilə tikilmiş istifadəyə verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ