Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2019 12:28
FIFA İran millisinin futbolçusu Saman Qoddosu 4 ay müddətinə diskvalifikasiya edib.
Qol.az-ın məlumatına görə, buna İsveç əsilli hücumçunun transfer razılaşmamasına əməl etməməsi səbəb olub. Qoddos 2018-ci ilin avqustunda İsveç "Östersun"undan Fransa "Amyen"inə 4 milyon avroya keçib. İspaniya "Ueska"sı isə bu transferlə bağlı şikayət edib. Bu klub forvardın keçidinə dair "Östersun"la daha əvvəl razılaşdığını və futbolçunun özü ilə şəxsi müqavilə bağladığını xatırladıb.
FIFA-nın Mübahisəli Məsələlərin Həlli üzrə Palatası "Ueska"nın şikayətini təmin edib. Qoddos İspaniya klubuna 4 milyon avro kompensasiya ödəyəcək. Bundan başqa futbolçuya və "Östersun"a idman sanksiyaları tətbiq olunub.
FIFA-nın qərarından 21 gün ərzində şikayət etmək olar.