Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hamamda əlimə ovuc dolusu saç gəldi'' - Cada xəstəliyindən danışdı

''Hamamda əlimə ovuc dolusu saç gəldi'' - Cada xəstəliyindən danışdı

Tarix: 30 Dekabr 2021 20:35

Aktrisa, aparıcı Cada Pinkett-Smit sosial media hesabında illərdir mübarizə apardığı alopesiya xəstəliyindən (saçın pataloji tökülməsi) danışıb.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktrisa davamlı olaraq beyin əməliyyatı keçirməsi və ya digər səbəblərdən gələn sualların bir daha verilməməsi üçün bu açıqlamanı etdiyini bildirib.  

"İndi buna yalnız gülə bilirəm. Hər şey bir gündə qəfildən baş verdi. Alopesiya ilə mübarizə aparıram. Bunu gizlətmək mənim üçün çətin olacaq deyə bu videonu sizinlə paylaşıram. Saçlarım davamlı və topa şəklində düşdüyü üçün bütün başımı keçəl etdim.

Çox qorxulu idi. Bir gün hamamda əlimə ovuc dolusu saç gəldi. Həyatımda qorxudan titrədiyim anlardan birini yaşadım. Bir müddət qısa saç düzümündən istifadə etsəm də bu kömək etmədi və budur keçələm".

Qeyd edək ki, Cada məşhur Hollivud ulduzu Uill Smitlə 24 ildir ailəlidir.


Etiketlər:  Hamamda əlimə ovuc dolusu saç gəldi Cada xəstəliyindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ