Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada hökumət rəsmilərinə bu sözü demək qadağan olundu

Britaniyada hökumət rəsmilərinə bu sözü demək qadağan olundu

Tarix: 30 Dekabr 2021 22:28

Britaniyada hökumət rəsmilərinə "Brexit" sözünü işlətmək qadağan edilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. Bildirilir ki, bundan sonra "brexit" yerinə "Britaniyanın Avropa İttifaqından çıxması" demək lazımdır. "Brexit"dən yalnız "tarixi kontekstdə" lazım olduqda istifadə edilməlidir.

Qəzet yazır: "Həmçinin hökumət işçilərinə Böyük Britaniya və Brüsselin gələcək münasibətlərinin şərtlərini işləyib hazırladıqları aylara aid olan "keçid dövrü" terminindən çəkinmək də tapşırılıb".

Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendum 2016-cı ildə keçirilib. "Brexit" tərəfdarları referendumda 51,9% səslə qalib gəlib, 48,1% isə əleyhinə çıxıb. Krallığın müxtəlif yerlərində səsvermənin nəticələri fərqli olub: Şotlandiya və Şimali İrlandiyanın sakinləri əsasən çıxışın əleyhinə olublar, İngiltərədə (London istisna olmaqla) və Uelsdə isə "Brexit"i dəstəkləyiblər.

Bununla belə, 2016-cı ilin dekabrında məlum olub ki, "Brexit" Oksford İngilis dili lüğətinə "Birləşmiş Krallığın Avropa İttifaqından çıxması və bununla bağlı siyasi proses" kimi əlavə edilib. Bu termin həm də 23 iyun 2016-cı ildə Böyük Britaniyada keçirilən və əksəriyyətin Aİ-dən çıxmağın lehinə səs verdiyi referendum üçün istifadə olunur.


Etiketlər:  Britaniyada hökumət rəsmilərinə sözü demək qadağan olundu


RƏYLƏR