Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 22:30
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 184 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 369 647 nəfərin test edildiyi, 39 681 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 854 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 131 134 774 peyvənd tətbiq edilib ki, bunun 91,66 faizi birinci, 83,08 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.