Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Motorola Moto Edge S30 təqdim olundu

Motorola Moto Edge S30 təqdim olundu

Tarix: 30 Dekabr 2021 23:52

Motorola şirkəti Moto Edge X30-dan əlavə olaraq daha bir flaqman smartfonunu təqdim etdi. Söhbət, Moto Edge S30 modelindən gedir. Sözügedən smartfon yüksək göstəricili təsvir yenilənməsinə sahib ekrandan əlavə olaraq böyük həcmli batareya və 108 MP-lik kamera ilə təchiz olunub. Beləliklə Moto Edge S30 modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Əsas texniki göstəricilərə gəldikdə Moto Edge S30 modeli Snapdragon 888+ prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 13 MP (120 dərəcə bucaq təsviri) + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, sözügedən smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunur və bununla yanaşı smartfon özündə NFC texnologiyasını birləşdirir. Smartfon 21 dekabr tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:

- 6 GB RAM + 128 GB yaddaş - 282$

- 8 GB RAM + 128 GB yaddaş - 314$

- 8 GB RAM + 256 GB yaddaş - 345$

- 12 GB RAM + 256 GB yaddaş - 376$.

Milli.Az


Etiketlər:  Motorola Moto Edge S30 təqdim olundu


RƏYLƏR