Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 03:34
Öz kosmetik markasını yaratmaqla məşhur olan avstraliyalı qadın indi ildə bir milyon dollardan çox vəsait qazanır.
Sonxeber.net Daily Mail-ə istinadən xəbər verir ki, Kirsti Bronner sızanaq və selülitdən xilas olmaq üçün kremlər üzərində üç il işlədikdən sonra 2020-ci ilin noyabrında The Booty Co şirkətini təsis edib. "Tibb mərkəzinin liposaksiya və ya omba qaldırma əməliyyatı keçirmiş müştəriləri bədən losyonu tapa bilmirdilər. Hər kəs üzün dərisi üçün bəzi məhsullar əldə edə bildi, amma bazarda bədənin qalan hissəsi üçün kremlər az idi, ona görə də öz məhsulumu yaratmağa qərar verdim. Mən beləcə varlandım" deyə qadın bildirib. Onun brendinin illik gəliri 1,2 milyon dollara çatıb.
Anar Əli