Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə hərbi hissəyə hücum olub, 39 nəfər ölüb

Bu ölkədə hərbi hissəyə hücum olub, 39 nəfər ölüb

Tarix: 31 Dekabr 2021 12:54

Afrikanın qərbində yerləşən Malidə terrorçuların hərbi hissəyə hücum nəticəsində 39 nəfər ölüb, 12 nəfər yaralanıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, ölənlərdən 8-i hərbçidir.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi irimiqyaslı əməliyyat nəticəsində hərbi hissəyə hücum edən 31 silahlı zərərsizləşdirilib.

Bildirilib ki, hadisə Malinin şimal-qərbində, Sahel bölgəsinin Nara qəsəbəsində baş verib. Bu bölgə Burkina-Faso, Mali və Nigerlə sərhəddə yerləşir. Son illər bu ərazi "Əl-Qaidə" və İŞİD terror qruplaşmalarının hücumlarına məruz qalır.

Terrorçulara qarşı mübarizə məqsədilə 2013-cü ildən Malidə xarici ölkələrin qoşunları yerləşdirilib. Fransanın sülhməramlıları da bu məqsədlə ölkədə dislokasiya olunub. Mali hakimiyyəti dəfələrlə Fransa hərbçilərinin fəaliyyətindən narazılığını bildirib.


Etiketlər:  ölkədə hərbi hissəyə hücum olub nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ