Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həcmli saçlar sizin də haqqınızdır!

Həcmli saçlar sizin də haqqınızdır!

Tarix: 31 Dekabr 2021 13:48

Zədələnmiş saçlar nəm və parlaqlıqdan məhrum olur. Yanlış saç baxımı məhsullarından istifadə, pis qidalanma, sərt kimyəvi maddələr və həddindən artıq istilik vasitələrindən istifadə kimi bir çox amillər saçlarınızı zamanla cansız göstərə bilər. Bəs, gümrah və sağlam görünən saçların sirri nədədir?

Sonxeber.net Axşam.az-a istinadən saça düzgün qulluq üsullarını, nədən başlamalı olduğunuzu təqdim edir.

İsti fenlə düzüm etməyə ara verin

Saçı tez -tez düzləşdirmək və ya burmaq xəyalınızdakı modeli əldə etməyinizə yardımçı olsa da, zamanla vurduğu zədələr üzə çıxır. Saçın quruluq faizi artdıqca daha tez qırılır. Eyni zamanda saçqurutma vasitələrindən düzgün istifadə etmək lazımdır. Aləti ən az 15 sm uzaqda saxlayaraq qurudun. Saçınıza forma verərkən aşağı dərəcədən və ya başqa vasitələrdən istifadə etməyə çalışın. Məsələn, hörün, parça və biqudi ilə burun. Fen və maşadan müəyyən aralıqlarla istifadə edin.

Düzgün daraq seçin

Duşdan sonra çox insan saçlarını darayır. Lakin onlar nəm olduğu üçün son dərəcə həssasdır. Buna görə əvvəlcə barmaqlarınızla yumşaq bir şəkildə darayın. Bir az quruduqdan sonra geniş dişli daraqdan istifadə edin. Çox dişli daraqlarla daramağa üstünlük verin. Bu zaman saç dibləri masaj olur ki, bu da qan damarlarının fəaliyyətini artırır.

Saçınızı qidalandırmaq üçün təbii vasitələrdən istifadə edin

Zədələnmiş saç baxımına gəldikdə, saçlarınız üçün faydalı maddələrlə hazırlanmış bir çox qulluq məhsulu tapmaq mümkündür. Məsələn, qreypfrut toxumu yağı saçları parlaq və ipək kimi yumşaq edir. Ümumiyyətlə, saç baxım kremləri, balzamı və şampun seçərkən tərkibinə diqqət yetirin. Saçı qidalandıran tərkibli vasitlərə üstünlük verin.

Düzgün qidalanın

Cansız, donuq və zədələnmiş saçlarınızı daxildən də müalicə edə bilərsiniz. Düzgün qidalanmadıqda pəhriz saçı sağlamlığı üçün vacib olan vitamin və minerallarla təmin edə bilməyəcəksiniz. Mövsümi tərəvəz və meyvələrə üstünlük verin. Bundan başqa həkim məsləhəti ilə vitamin də qəbul edə bilərsiniz.


Etiketlər:  Həcmli saçlar sizin haqqınızdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ