Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elektron qaimə-faktura qəbul edən tərəfindən 30 gün müddətində təsdiq edilməlidir

Elektron qaimə-faktura qəbul edən tərəfindən 30 gün müddətində təsdiq edilməlidir

Tarix: 31 Dekabr 2021 20:20

Qanunvericiliyə əsasən, mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən 30 gün müddətində təsdiq edilməlidir.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, elektron qaimə-faktura 30 gün müddətində təsdiq edilmədikdə proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur.

Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaimə-fakturanı qəbul edən onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir.


Etiketlər:  Elektron qaimə faktura qəbul edən tərəfindən gün müddətində təsdiq edilməlidir


RƏYLƏR