Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov reytinq cədvəlində Sulşer və İnzaqini qabaqladı

Qurban Qurbanov reytinq cədvəlində Sulşer və İnzaqini qabaqladı

Tarix: 3 Yanvar 2022 17:44

Dünya məşqçilərinin reytinq cədvəli açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, planetin ən yaxşı 500 mütəxəssisi arasında Azərbaycan bir məşqçi ilə təmsil olunub.

Bu, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovdur. 50 yaşlı mütəxəssisin aktivində 1592 xal var.

O, dünyanın 223-cü məşqçisidir. Qurbanov Ole-Qunnar Sulşer, Miçel, Raymond Domenek, Eusebio di Françesko, Murat Yakın, Aleksey Mixayliçenko, Ərtoğrul Sağlam, Viktor Qoncarenko, Miodraq Bojoviç, Valeri Karpin, Paulu Souza, Tomas Doll, Filippo İnzaqi kimi tanınmışları arxada qoyub.

Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2194), Yurgen Klopp (2088) və Joze Mourinyo (2065) qərarlaşıb.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov reytinq cədvəlində Sulşer İnzaqini qabaqladı


RƏYLƏR