Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ƏDV ödəyicisi olmayan vergiödəyicisi əvvəlki tarix üçün ƏDV ödəyicisi ola bilərmi?

ƏDV ödəyicisi olmayan vergiödəyicisi əvvəlki tarix üçün ƏDV ödəyicisi ola bilərmi?

Tarix: 3 Yanvar 2022 19:10

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər istisna olmaqla, digər ƏDV ödəyicisi olmayan vergiödəyiciləri əvvəlki 3 il ərzində istənilən vaxt ƏDV qeydiyyatına düşə bilər.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu fikirləri mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib.

Onun sözlərinə görə, birinci məqam ondan ibarətdir ki, həmin müddət 3 ildən çox olmayan dövrü əhatə etməlidir: "Yəni, vergiödəyicisi 3 ay və ya 6 ay, 1 il və ya 2 il və sair müddət üçün qeydiyyata alına bilər. Bu zaman vergiödəyicisi qeydiyyatı qüvvəyə mindiyi tarixdən vergiyə cəlb olunan əməliyyatlar üzrə ƏDV ödəməlidir".

Ekspert digər məqamlara da aydınlıq gətirib. Belə ki, Vergi Məcəlləsinə əsasən, müvafiq əməliyyatlar vergiödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Həmçinin vergiödəyicisi öncəki dövrlərə görə əvəzləşdirmə həyata keçirməsi üçün ödənişləri Vergi Məcəlləsinin əvəzləşdirilmə qaydalarına uyğun həyata keçirməlidir. Yəni, mal və ya işin (xidmətin) dəyərini bank hesabından ƏDV ödəyicisi olan vergiödəyicisinin bank hesabına ödəməlidir. Həmin mal və ya iş xidmətə görə hesablanan ƏDV məbləğini isə qarşı tərəfin ƏDV depozit hesabına ödəməlidir.

A.Bayramov qeyd edib ki, bundan başqa vergiödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlara görə, bu maddənin məqsədləri üçün nəzərdə tutulan elektron qaimə-fakturaları təqdim etmək hüququna malikdir.


Etiketlər:  ƏDV ödəyicisi olmayan vergiödəyicisi əvvəlki tarix üçün ƏDV ödəyicisi bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ