Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 09:00
İranın Ətraf Mühitin Mühafizəsi Agentliyinin Milli Təbiət Tarixi və Genetik Ehtiyatlar Muzeyinin baş direktoru Məhəmməd Moradi İslam Respublikası ərazisində sürünənlərin 5 yeni növünün aşkarlandığını bildirib.
M.Moradi yeni aşkarlanan heyvan növlərinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin Milli Təbiət Tarixi və Genetik Ehtiyatlar Muzeyinə verildiyini bildirib.
Onun sözlərinə görə, İranın bütün ərazisinə səpələnmiş böyük və xüsusi ekosistem müxtəlifliyi var. Ölkənin bir çox əraziləri biomüxtəliflik baxımından hələ də naməlumdur, bu da çoxlu araşdırma və səy tələb edir.
"Xorasan-Rəzəvi əyalətində yerləşən Hakim Səbzevari Universitetinin tədqiqat qrupu Hörmüzqan, Fars və İsfahan əyalətlərinin bəzi ərazilərinə bir neçə dəfə tədqiqat səfərləri edərək, sürünənlərin faunasını öyrəniblər. Onlar səfər çərçivəsindərə maraqlı nəticələr əldə ediblər. Araşdırma nəticəsində kərtənkələlərin 5 növü aşkarlanıb", - M.Moradi deyib.
Onun sözlərinə görə, bu növlər "Lacertidae" və "Gekkonidae" fəsilələrinə aiddir.