Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevimli mürəbbənin 5 FAYDASI

Sevimli mürəbbənin 5 FAYDASI

Tarix: 4 Yanvar 2022 21:03

Soyuq üsulla (qaynatmadan) bişirilmiş moruq mürəbbəsi çox faydalı və müalicəvi məhsuldur.

Bu üsulla bişirilmiş mürəbbədə moruğun bütün faydalı xüsusiyyətləri saxlanılır.   

Sağlamolun.az sizə sevimli mürəbbənin şəfaverici xüsusiyyətlərini təqdim edir:

1. Moruq mürəbbəsi fitonsidlərlə zəngindin. Bu maddələr təbii antibotiklər sayılır və məhz fitonsidlər mürəbbəyə heyranedici qoxudan əlavə mikrob və virus əleyhinə təsir bəxş edir. Bu səbəbdən moruq mürəbbəsi soyuqdəymə, qripp, angina zamanı çox faydalıdır.

2. Moruq mürəbbəsində asetilsalisil turşusuna (aspirin tərkibində olan turşu) oxşar maddələr var ki, bu maddələrə görə moruq mürəbbəsi yüksək hərarəti aşağı salmaq xüsusiyyətə malikdir.

3. Moruq mürəbbəsi ellaq turşusu ilə zəngindir. Bu turşu orqanizmə xərçəng əleyhinə təsir edir.

4. Moruq mürəbbəsinin tərkibində olan fitosterinlər aterosklerozun qarşısını alır, kumarinlər isə qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.

5. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır.


Etiketlər:  Sevimli mürəbbənin FAYDASI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ