Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 21:56
Yanvarın 1-dən bu günə qədər mexaniki sayğacdan (sonradan ödənişli) istifadə edən 104 min abonentin qaz sayğaclarının 65 faizi sıfırlanıb.
Bu barədə "Azəriqaz" İB-nin rəhbəri Ruslan Əliyev məlumat yayıb. O qeyd edib ki, yanvarın 1-dən bu günə qədər bu tipli sayğacdan istifadə edən 104 000 abonent sayğaclarının görünən hissəsini mobil telefon vasitəsilə çəkərək 077 3 104 104 vatsap nömrəsinə göndərməkləri sayəsində bu rəqəm əldə edilib.
Tarif limitlərinin sıfırlanması prosesi davam etdirilir.