Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diqqət! Öskürək ürək xəstəliyinin simptomu ola bilər

Diqqət! Öskürək ürək xəstəliyinin simptomu ola bilər

Tarix: 4 Yanvar 2022 22:33

Əksəriyətimiz öskürəyi nəfəsalma sistemi xəstəliklərinin və ya allergiyanın simptomu hesab edirik. Lakin bu belə deyil.

Bəzən öskürək ürək xəstəliklərinin simptomu kimi meydana çıxa bilər.

Ağciyərin fəaliyyəti  ürək və damarların fəaliyyəti ilə sıx bağlıdır. Ürəyin fəaliyyətində pozulmalar yarandıqda qan dövranı zəifləyir, ağciyərdə durğunluq prosesləri inkişaf edir, maye yığılır. Nəticədə xəstədə təngənəfəslik və quru öskürək inkişaf edir.

Soyuqdəymə və bronxitlə müqayisədə ürək öskürəyi zamanı bəlğəm ifraz olunmur. Ağır hallarda öskürək zamanı qan ifraz oluna bilər.

Ürək öskürəyin digər simptomları arasında:

- öskürək zamanı sianoz (dodaqların, burun-dodaq üçbucağın, barmaqların göyərməsi)

- təngənəfəslik

- ürək nahiyəsində ağrılar

- öskürək zamanı boğaz nahiyəsində damarların şişməsi

- öskürək uzanaq vəziyyətdə artır və xəstə hətta yarıoturaq vəziyyətdə yatmağa məcbur olur.

- öskürəyin müalicəsinə yönəlmiş tədbirlər (bəlğəmgətirici və iltihabəleyhinə preraratlar və s.) kömək etmir və öskürək keçmir.

Müalicə olunmadıqda ürək öskürəyi ağciyər ödeminə və digər ağır pozulmalara səbəb ola bilər ki, bu da xəstənin həyatı üçün çox təhlükəlidir.  

Ürək öskürəyinin səbəbləri:

- arterial hipertenziya (hipertoniya)

- ürəyin işemik xəstəliyi

- miokardit

- kardiomiopatiya

- miokard infarktı

- ürək qüsurları

- aritmiyalar və s.

Ürək öskürəyinin aradan qaldırılması üçün ona səbəb olan əsas xəstəliyi müalicə etmək lazımdır.


Etiketlər:  Diqqət Öskürək ürək xəstəliyinin simptomu bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ