Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 23:42
"Koronavirus pandemiyası "Omikron" ştamı ilə sona çatır. İki aydan sonra normal həyatımıza qayıdacağıq".
Sonxeber.net Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Danimarkanın aparıcı yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən biri olan Danimarka Dövlət Serum İnstitutunun baş epidemioloqu Tyra Grove Krause deyib.
O bildirib ki, "Omikron" ştamında yoluxanların xəstəxanaya yerləşdirilmə riski "Delta" variantındakından 50 faiz azdır:
"Düşünürəm ki, iki aya nəticələr əldə edəcəyik. Ümid edirəm ki, infeksiya azalmağa başlayacaq və biz normal həyatımıza qayıdacayıq". (publika.az)