Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub

“Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub

Tarix: 6 Yanvar 2022 08:48

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, həlledici matç ilk dəfə Qətərdə təşkil olunub.

Dohada keçirilən görüşdə "Beşiktaş"la "Antalyaspor" üz-üzə gəlib. 21-ci dəfə Superkubok sınağına çıxan İstanbul klubu favoriti olduğu qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.

Superkubokun debütantının müqavimətini 33-cü dəqiqədə Atiba Hatçinson qırıb. O, ikinci hissənin bitməsinə 13 dəqiqə qalmış öz qapısına da qol vurub - 1:1.

Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan "Beşiktaş" (4:2) kuboku başı üzərinə qaldırıb.

Bununla da "Beşiktaş" 9-cu dəfə Superkuboka yiyələnib. Sonuncu dəfə bu mükafata 2006-cı ildə sahib çıxan "ağ-qaralar" "Fənərbaxça" və "Trabzonspor"a çatıb. Bu göstəricidə rekord 16 Superkubok qazanan "Qalatasaray"a məxsusdur.

Qeyd edək ki, 1966-cı ildən keçirilən Türkiyə Superkuboku Qətərdəki oyunadək yalnız üç dəfə ölkə xaricində baş tutub. 2006-08-ci illərdə matça Almaniya ev sahibliyi edib.


Etiketlər:  Beşiktaş Türkiyə Superkubokunun qalibi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ