Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Floydun dörd yaşlı bacısı qızı güllələnib - FOTO

Floydun dörd yaşlı bacısı qızı güllələnib - FOTO

Tarix: 6 Yanvar 2022 17:36

Polisin kobud rəftarı nəticəsində ölən afro-amerikalı Corc Floydun dörd yaşlı qardaşı qızı gülləlib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Polisin məlumatına görə, naməlum şəxs dörd yetkin şəxsin və iki uşağın olduğu mənzilə bir neçə dəfə atəş açıb.

Floydun bacısı Latoniyanın sözlərinə görə, qız qarnından yaralanıb və bir neçə qabırğası deşilib.

Uşaq artıq əməliyyat olunub və hazırda vəziyyətinin yaxşı olduğu deyilir.

Xatırladaq ki, Corc Floyd ötən ilin mayın 25-də polis tərəfindən saxlanılan zaman qətlə yetirilib.


Etiketlər:  Floydun dörd yaşlı bacısı qızı güllələnib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ