Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 05:36
Azərbaycan millisinin hücumçusu Mahir Emreli daha bir klubun maraq dairəsinə düşüb.
Sonxeber.net-ın Apasport.az-a istinadən məlumatına görə, 25 yaşlı forvardın Polşada qalmaq ehtimalı yüksəkdir.
"Legiya"nın futbolçusunun "Fehervar"a keçmək şansının az olduğu vurğulanıb. Çünki Emreli Polşa Ekstraklasasının digər iştirakçısı "Lex"in transfer gündəminə düşüb. Poznan klubu Mahirə artıq müqavilə də təklif edib. Ekstraklasasının hazırkı lideri həmyerlimizlə 1,5+1 illik saziş imzalamaq niyyətindədir.
Polşa klubu futbolçunun "Legiya" ilə müqaviləsinə xitam verməsini gözləyir. Çünki Emreli özü bunun üçün varşavalılara məktub göndərib və komandanın düşərgəsinə qayıtmayacağını bildirib.
Qeyd edək ki, "Legiya"ya ötən ilin yayında "Qarabağ"dan keçən Mahir Emreli bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 11 qol vurub.