Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çörək istehsalçılarının un ehtiyatı varmı? - VİDEO

Çörək istehsalçılarının un ehtiyatı varmı? - VİDEO

Tarix: 7 Yanvar 2022 20:08

Dünya bazarında buğdanın qiyməti bahalaşıb. Mövcud vəziyyət taxıl ehtiyacının önəmli hissəsini xaricdən idxal hesabına ödəyən Azərbaycana da təsirsiz ötüşməyib. Taxılın qiyməti bahalaşdığı üçün unun bir kisəsi 10 manat civarında yüksələrək 26 manatdan 35.9 manata yüksəlib. Bu isə nəticədə çörəyin qiymətinin bahalaşmasını qaçılmaz edib.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda iri çörək istehsalçılarından birinin nümayəndəsi Rəşad Mehdiyev bildirir ki, un ehtiyyatları  hazırda kifayət qədər olduğu üçün qiymətləri hələ qaldırmayıblar.

Paytaxtda 80 ildən çoxdur ki, çörək istehsalı ilə məşğul olan müəssisənin rəhbəri Tahir Mirişov da bildirir ki, un və çörək qıtlığı ilə bağlı iddialar gəzir. Ancaq belə iddiaların heç bir əsası yoxdur.

Sumqayıtda iri çörək istehsalçılarından biri olan zavodun nümayəndəsi Veysəl Mürsəlov isə bildirir ki, onlarda da qiymətlər hələ qalxmayıb. Ancaq taxıl bahalaşdığı üçün qiymətlərin dəyişəcəyi qaçılmazdır.

Qeyd edək ki, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib. Bu barədə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib. Qeyd olunub ki, 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi çörəyin pərakəndə satış qiyməti - 65 qəpik müəyyən olunub.

Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və ictimaiyyətə açıqlanacaq.

İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinin  (012)-599-76-00 nömrəli qaynar xəttinə müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Çörək istehsalçılarının ehtiyatı varmı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ