Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serbiyada tank, zirehli texnika və artilleriyalar gündəlik 420 avroya icarəyə verilir

Serbiyada tank, zirehli texnika və artilleriyalar gündəlik 420 avroya icarəyə verilir

Tarix: 7 Yanvar 2022 21:36

Serbiyanın Müdafiə Nazirliyi film və fotosessiya fəaliyyətləri üçün Belqraddakı Hərbi Muzeyin müxtəlif əşyalarının icarəyə verilməsinə icazə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Serbiya ordusunun qəzetində dərc olunan məlumata görə, tank, zirehli texnika və artilleriyalar gündəlik təxminən 420 avroya, hərbi yük maşınları və yolsuzluq avtomobilləri 70 avroya, hərbi geyimlər və bayraqlar isə 85 avroya icarəyə veriləcək. Pulemyotun gündəlik icarəsi 50 avroya, dəbilqələrin 42 avroya, tapançanın 21 avroya mümkün olacaq.

Hərbi Muzeydən icarəyə götürüləcək qılınc və ya tüfənglər üçün isə gündəlik təxminən 250 avro ödəniş ediləcək.

Milli.Az


Etiketlər:  Serbiyada tank zirehli texnika artilleriyalar gündəlik 420 avroya icarəyə verilir


RƏYLƏR