Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2022 01:34
Tanınmış rusiyalı müğənni Diana Ankudinova öz həyatından danışıb.
Milli.az Lent.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, onun 11 qardaşı və 1 bacısı doğulan kimi ölüblər. Diana 12 uşaqdan sağ qalan yeganə övladdır.
Müğənninin atası azərbaycanlı olub və uzun müddət həbsxanada yatıb. Anası isə Ussuriysk şəhərində ofisiant işləyib.
Diana etiraf edib ki, anası içki düşkünü olub və tez-tez ona əl qaldırırmış. Bir dəfə isə Diananı avtobus dayanacağında atıb gedib. Bundan sonra onu uşaq evinə veriblər.
Ankudinova uşaq vaxtı pəltək imiş. Amma sonradan onu başqa bir ailə övladlığa götürüb. Soyadını dəyişiblər. Onlar Diananın oxumağını məsləhət görüblər. Beləcə, onun dili açılıb və oxumağa başlayıb. Tale elə gətirib ki, hazırda Rusiyada estrada ulduzlarından birinə çevrilib.