Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər gün yeyilən bu 3 qida xərçəngə - səbəb ola bilər

Hər gün yeyilən bu 3 qida xərçəngə - səbəb ola bilər

Tarix: 8 Yanvar 2022 22:36

Bəzi qidalar gün ərzində 2-3 dəfə masamızda və menyumuzda olur. Alimlər insanların hər gün yediyi və xərçəng riskini artıran 3 qidanı açıqlayıb.

Sonxeber.net medicina.az-a istinadən həmin qidaları təqdim edir. Bir çoxları bunları səhər yeməyində qəbul edir ki, bu daha da təhlükəlidir.

- Dağ edilmiş yağda qızardılmış ət və ət məhsulları

Bu qidaların tərkibində 2A sinfindən olan kanserogen maddə olur. Bunlara yağda bişmiş perojki, hamburger, toyuq qanadları, yağda qayğanaq aiddir.

- Şoraba, turşu

A2 sinfindən kanserogen siyahısına daxildir. Marinadlaşdırılmış, konserv tərəvəzlər mədədə zülalla, ətlə qarışanda nitrozamin adlı kanserogen maddə əmələ gəlir. Şorabaları ətlə yeməyin, onları ayda 1-2 dəfə yesəniz kifayət edər.

- Termiki işlənmiş, hisə verilmiş ət

Kolbasa, bekon, vetçina, sosis, hisə verilmiş toyuq, ət, konservlər - nitrit natriylə zəngindir. 1-ci dərəcəli kanserogen maddələrdir.


Etiketlər:  Hər gün yeyilən qida xərçəngə səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ