Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üz, saç və dəri üçün 1 vasitə

Üz, saç və dəri üçün 1 vasitə

Tarix: 9 Yanvar 2022 12:15

Tərkibindəki probiyotiklərlə sağlamlığınızı müdafiə edən qatıq həm də bədən, üz, və saç baxımında ən təsirli vasitədir.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, dərinizin parlaq olması üçün bir neçə yemək qaşığı qatığı cildə çəkməyiniz kifayətdir. 15-20 dəqiqə saxladıqdan sonra isti su ilə yaxşıca yuyun və nəmləndiricidən istifadə edin.

Üzünüzə, saçınıza və dərinizə tətbiq edə biləcəyiniz digər maskalar.

Tərkibi:

2 xörək qaşığı qatıq
1-2 çay qaşığı bal
4-5 damcı limon suyu
bir ovuc qaragilə

Krem halına gələnə qədər hamısını birlikdə qarışdırın. Fırça və ya barmağınızla üzünüzə və boynunuza çəkin. 15-20 dəqiqə gözləyib, isti su ilə yuyun.

Tərkibi:

2 xörək qaşığı düz qatıq
5-6 çiyələk

Yaxşıca qarışdırıb təmiz dəriyə çəkin və 10 dəqiqə saxlayın. İlıq su ilə yuyun. Sonda nəmləndiricidən istifadə edin.

Tərkibi:

1/3 fincan bişmiş yulaf əzməsi
2 xörək qaşığı qatıq

Qarışdırıb dərinizə çəkin, 10-15 dəqiqə gözləyib və isti su ilə yuyun.

Tərkibi:

1 fincan qəhvəyi şəkər
1/2 fincan zeytun yağı
1/2 fincan qatıq
2 xörək qaşığı bal

Qarışımı dairəvi hərəkətlərlə dərinizə yumşaq bir şəkildə tətbiq edin. Daha sonra duş qəbul etməyi unutmayın.

Tərkibi:

2 xörək qaşığı qatıq
2 xörək qaşığı bal
1/2 çay qaşığı zeytun yağı

Maskanı baş dərinizə masaj edərək tətbiq edin və yumazdan əvvəl maskanı ən az 15 dəqiqə saxlayın. Saçdan yaxşı təmizləmək üçün şampunlayıb ilıq su ilə yuyun.


Etiketlər:  saç dəri üçün vasitə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ