Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkərli diabet xəstələri bu bitkidən faydalansın

Şəkərli diabet xəstələri bu bitkidən faydalansın

Tarix: 9 Yanvar 2022 15:15

Qış mövsümünün ən faydalı bitkilərindən biri vəzəridir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu bitki mütləq tək halda yeyilməlidir. Vəzərini hansısa göyərti və ya yeməklərlə birlikdə yesəniz, onun faydaları kəskin azalır.

Tərkibi B6 vitamini ilə zəngin olan vəzəri şəkərli diabet xəstələri üçün çox faydalıdır. Həzm sistemini asanlaşdırır, metobolizmanı gücləndirir. Hamilələrə ilk 3 ayda vəzəridən istifadə etmələri məsləhət görülür.

Ağciyər xərçənginə yoluxan xəstələrin nəfəs almasının asanlaşdırır.

Qanazlığını aradan qaldırır, qan xərçəngi riskini azaldır. Qanda dəmirin miqdarını artırır, qan hüceyrələrini qoruyur. Damarlar və sinir sistemi üçün faydalıdır. Təzyiqi normallaşdırır. Vəzəri həm də yuxugətiricidir. İmmuniteti gücləndirir. Revmatizma xəstəliyi olanlara yaxşı təsir göstərir. Vitamin deposu hesab edilən bu bitki yodla zəngindir. İştahı açır, mədə qıcqırması zamanı xeyirlidir.

Mineral duzlarla zəngindir, qalxanvari vəzə faydalıdır. Orqanizmi zərərli maddələrdən təmizləyir. Böyrəklərin dərmanıdır.

Baş ağrısını kəsir, bağırsaq parazitlərini tökür. Vəzəri yeyildikdə və ya təpitməsi saç dibinə qoyulduqda saçın tökülməsinin qarşısını alır. Vəzərinin toxumunu duz və su ilə birgə təpitmə edib çibanın üzərinə qoyduqda xəstəliyi sağaldır.


Etiketlər:  Şəkərli diabet xəstələri bitkidən faydalansın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ