Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2022 21:09
Akademik Leo Bokeriya ömrü çox asan yolla 5-8 il uzatmağın sirrini açıqlayıb.
Sonxeber.net xəbər verir ki, "Milli sağlamlıq liqasının" prezidenti son müsahibəsində maraqlı açıqlama verib.
"Mən bir nümunə çəkəcəm. Amerikalılar 10 milyon insanı əhatə edən araşdırma aparıb. Onlar sübut edib ki. Həftədə ən azı 2-3 saat piyada gəzənlər oturaq həyat tərzi keçirənlərdən 5-8 il çox yaşayır. Əgər siz hətta bir otaqlı mənzildə yaşasaz da, bütün günü ofisdə işləsəz də ayaqlarınızı tərpədin, gəzişin- bunun özü artıq fiziki hərəkətdir.
Pandemiya səbəbindən insanlar daha da evə qapandılar. Divanda oturmaqla ömür uzanmayacaq. Harda olursuzsa-olun ən azı 30 dəqiqə gəzin. Həftədə bu sadə gəzintiləri 2-3 saata çatdırın". /medicina.az