Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2022 23:36
Yanvarın 9-da Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində bir neçə partlayış baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli "Weesa" qəzeti məlumat yayıb.
Bildirilib ki, həmçinin, Kabil Politexnik Universitetinin ərazisində atışma səsləri eşidilib.
Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.
Hakimiyyətdə olan "Taliban" nümayəndələri də insidentlə bağlı şərh verməyiblər.