Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xəstəxanaya bir qəpik də pul verməmişəm”

“Xəstəxanaya bir qəpik də pul verməmişəm”

Tarix: 10 Yanvar 2022 09:35

"Hələ müalicə alıram, kimyaterapiyalarım davam edir. Bir-iki aydan sonra tam qərar veriləcək. Sonra biləcəyik ki, vəziyyətim nə yerdədir".

Sonxeber.net xəbər verir ki, bu sözləri olay-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. O bildirib ki, xəstəxana ondan müalicə üçün pul almır:

"Ümumiyyətl,ə mən xəstəxanaya pul ödəmirəm. Dörd ildir oranın xəstəsiyəm, ödəniş etməmişəm. Orda hər şey mənə pulsuzdur. Bu güzəşt deyil, mən heç pul ödəmirəm. Bir var endirim edirlər, amma mən bir qəpik də pul verməmişəm".

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa sonuncu dəfə 34-cü kimyaterapiyanı qəbul edib. 


Etiketlər:  Xəstəxanaya qəpik verməmişəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ