Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Deltakron”un təhlükəlik səviyyəsi qiymətləndirildi

“Deltakron”un təhlükəlik səviyyəsi qiymətləndirildi

Tarix: 11 Yanvar 2022 18:44

Kiprdə aşkar edilmiş "Deltakron" hibrid koronavirus ştammı əlavə tədqiqat tələb edir. COVID-19 virusunun bu çeşidinin miqyasını qiymətləndirmək hələ tezdir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı virusoloq Viktor Lariçev bildirib.

Onun sözlərinə görə, koronavirusun müxtəlif versiyalarının patogenliyini müqayisə etmək mümkün deyil.

"Hazırda heç nəyi ehtimal vermək olmaz. Hansı virusdan hansı zülalı gəldiyi müəyyən olunmalıdır. Buna görə də "Omikron"u məsələn, "Uhan ştammı"nın patogenliyi ilə müqayisə etmək mümkün deyil, çünki onlar müxtəlif vaxtlarda gəliblər", - ekspert qeyd edib.

Lariçev xatırladıb ki, bir çox insanlar artıq anticisim daşıyıcısıdırlar, buna görə də "Omikron" ştammının "Delta"dan daha az patogen olduğunu iddia etmək olmaz.


Etiketlər:  Deltakronun təhlükəlik səviyyəsi qiymətləndirildi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ