Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2022 12:38
Türkiyəli müğənni Sıla Gəncoğluna zorakılıq etdiyi iddia olunan aktyor Ahmet Kuralın məhkəmə prosesi sona çatıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, "təhqir, hədə-qorxu və qəsdən xəsarət yetirmə" maddələri ilə ittiham olunan aktyor Ahmet Kurala 1 il 4 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Aktyor qərara etiraz etsə də, hakim tərəfindən rədd olunub.
Sılanın vəkili isə açıqlamasında deyib: "Ədalət gec də olsa yerini tapdığı üçün çox xoşbəxtik".