Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2022 18:56
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi "Tondela" Portuqaliya Kubokunda yarımfinala vəsiqə qazanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Tondela şəhərinin eyniadlı təmsilçisi 1/4 finalda "Riu Ave"ni minimal hesabla üstələyərək bu uğura nail olub - 1:0.
Qarşılaşmada yeganə qolu məhz Dadaşov vurub. Əsas vaxtı qolsuz başa çatan görüşün 95-ci dəqiqəsində meydana çıxan 23 yaşlı hücumçu cəmi 1 dəqiqə sonra fərqlənərək, komandasını növbəti mərhələyə çıxarıb.
"Tondela"nın yarımfinaldakı rəqibi "Portimonensi" - "Mafra" cütünün qalibi olacaq.
Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.