Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərəb ölkələrində COVID-19-a yoluxma halları artır

Ərəb ölkələrində COVID-19-a yoluxma halları artır

Tarix: 14 Yanvar 2022 21:38

Misirdə ötən ilin mayından bəri COVID-19-a yoluxanların sayı ilk dəfədir ki, min nəfəri ötüb. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatında son sutkada 1011 nəfərin yeni növ koronavirusa yoluxduğu, 21 pasiyentin isə dünyasını dəyişdiyi bildirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misir hökuməti COVID-19-la bağlı vəziyyətin sabit olduğu, ölkə əhalisinin 23 faizinin iki, 35 faizinin isə bir doza vaksin qəbul etdiyini bildirib. Artıq vaksin olunmayan şəxslər Misirin təhsil, səhiyyə müəssisələri, habelə dövlət idarələrinə buraxılmır. Vaksinasiya prosesi səhiyyə ocaqları ilə yanaşı, məscidlərdə, metro stansiyaları və

avtovağzallarda aparılır.

Ərəb ölkələri arasında ən çox yoluxma isə Səudiyyə Ərəbistanında qeydə alınıb. Krallığın Səhiyyə Nazirliyi son sutkada 5628 nəfərin COVID-19-a yoluxduğunu, 2 pasiyentin vəfat etdiyini bildirib. Bu ölkədə koronavirusun "omikron" variantına yoluxanların da sayı artıb. Vəziyyəti nəzarət altında saxlamaq məqsədilə Səudiyyə Ərəbistanı Afrika ölkələrinə aviareysləri dayandırıb, sosial məsafə və qoruyucu maska taxılması ilə bağlı qaydaları sərtləşdirib. Belə ki, sosial məsafəni pozanlar 100 min rial (266 dollar) məbləğində cərimə olunurlar.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də COVID-19-a yoluxanların sayı artıb. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib ki, son sutkada yeni növ koronavirusa 3068 yoluxma qeydə alınıb, 3 pasiyent isə həyatını itirib.

Digər Körfəz ölkəsi olan Küveytdə 4883 yoluxma və 1 ölüm faktı qeydə alınıb. Küveyt hökuməti də "omikron" ştamının yayılmasının qarşısını almaq məqsədilə Afrika ölkələrinə aviareysləri dayandırıb.

Milli.Az


Etiketlər:  Ərəb ölkələrində COVID 19 a yoluxma halları artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ