Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kivinin ən önəmli faydası

Kivinin ən önəmli faydası

Tarix: 14 Yanvar 2022 22:48

Aparılmış tədqiqat göstərib ki, C vitamini ilə zəngin olan kivi visseral piyin ərimə sürətini artırır.  Visseral piy qarın boşluğunda yerləşir və orqanizmdə hormonların işini tənzimləyir. Onun həddindən artıq olması potensial təhlükələrlə nəticələnə bilər: xüsusilə, ürək xəstəlikləri riski artır, çünki visseral piyin tərkibinə spesifik kimyəvi maddələr daxildir. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, alimlərin qənaətinə görə, bəzi məhsulların qəbulu bu cür piylərin həddindən artıq miqdarından azad olmağa orqanizmə kömək edir - bununla əlaqədar olaraq onlar kivini qəbul etməyi tövsiyə edirlər.

"Nutrients" jurnalında dərc olunan tədqiqat nəticələrinə görə, kivi şəkərin qanda səviyyəsinə nəzarəti yaxşılaşdırır, bu isə piyin və çəkinin itirilməsi ilə bağlıdır.

Tədqiqatda iştirak edənlər hər gün 12 həftə ərzində 2 kivi qəbul edirdilər. Bu müddət bitdikdə insanlarda plazmada C vitamininin səviyyəsinin əhəmiyyətli dərəcədə artımı, həmçinin diastolik və sistolik qan təzyiqi göstəricilərinin azalması, bel və bel-omba hissəsi nisbətində azalma qeydə alınmışdı.

"Kivinin tərkibinə həzmi yaxşılaşdıran aktinidin fermenti daxildir. Yaxşı həzm və davamlı çəki azalması bir-birini yaxşı tamamlayır", - deyə tədqiqatçılar qeyd edirlər.

Alimlərin fikrincə, azı 69 qram çəkidə bir dənə kivinin tərkibində təxminən 64 milliqram C vitamini var. Məhz o fiziki iş zamanı bədəndə piyin əriməsini sürətləndirir. Bundan başqa kivi orqanizmdən azad radikalları xaric etməyə kömək edən xolin, lyutein və zeaksantin də daxil olmaqla, digər antioksidantların yaxşı mənbəyidir. Tədqiqat müəlliflərinin fikrincə, kivinin qəbulu və müntəzəm fiziki məşğələlər visseral piyin miqdarını əhəmiyyətli dərəcədə azaltmağa qadirdir, C vitamini tərkibli məhsulların kifayət qədər qəbulu isə insanları yağ kütləsinin toplanmasına daha dayanıqlı edə bilər. 

Milli.Az


Etiketlər:  Kivinin ən önəmli faydası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ