Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2022 23:06
"Qazaxıstanda vəziyyətin normallaşması barədə danışmaq hələ tezdir, lakin vəziyyətin dönüş nöqtəsi artıq yetişib".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas "Rossiya 24" telekanalının efirində deyib. O xatırladıb ki, Qazaxıstanın bəzi bölgələrində fövqəladə vəziyyət rejimi davam edir:
"Məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə yumşaldılması davam edir. Ancaq bu o demək deyil ki, ölkədə vəziyyət normallaşıb. Aydındır ki, situasiyada dönüş nöqtəsi artıq baş verib".