Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 12:55
Ötən gün Ozan Doğulunun ad gününə qatılan aktrisa Beren Saat və Kənan Doğulu paparatsilərin obyektivinə tuş gəlib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktrisanın gecəyə transparan geyimdə qatılması diqqət çəkib. Fotoları sosial mediada yayımlanan Berenin geyimi izləyicilər tərəfindən bəyənilməsə də ən çox Kənan tənqidlərə tuş gəlib. Buna səbəb isə onun xarici görünüşündə dəyişiklik etməsi olub. İfaçının plastik əməliyyat etdirdiyi iddia olunub. Əməliyyatın uğursuz olduğunu bildirən izləyicilər yeni saç rəngini də ona yaraşdırmayıb.
İkilinin ünvanına "Kənan niyə "Adnan Ziyagil"ə bənzəyib?", "Kənanın botoksu çox olub", "Kənan çox geriyə düşüb. Berenin yanında yaşlı görünür", "Saç rəngini səhv seçiblər, bəyənmədim", "Beren Kənanı qocaldıb", "Beren bu qədər zövqsüz necə geyinə bilir?" kimi şərhlər yazılıb.