Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tərəvəz şorbası ödemi azaldır: Bu xəstələrə tövsiyə olunur!

Tərəvəz şorbası ödemi azaldır: Bu xəstələrə tövsiyə olunur!

Tarix: 15 Yanvar 2022 20:48

Şəkərli diabet, təzyiq problemi, ürək və böyrək xəstəlikləri olanlara və ya xəstəlikləri səbəbiylə dərman qəbul edənlərə həddən artıq yemək zamanı bədəndəki ödemi aradan qaldırmaq üçün bol tərəvəz şorbası qəbul etmələri tövsiyə edilir.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, belə xəstələr mümkün olduğunca kofeinli içkilərdən uzaq duraraq çay və qəhvə istehlakını azaldmalıdırlar. Yaşıl çay, rozmarin, kəklikotu kimi bitki çayları ödemdən qurtulmağa kömək edir.

Eyni zamanda spirtli içkilər də orqanizmdə su saxlayaraq, bir neçə gün ərzində ödem əmələ gətirir. Odur ki, spirtdən xilas olmaq üçün mütləq bol su içmək məsləhətdir.

Zəngin tərəvəz şorbası bədəndəki toksinləri çıxarır və ödemi aradan qaldırmağa kömək edir. Daha çox kaliumu olan qidalardan istifadə etmək tövsiyə edilir.

Kalium nə qədər çox qəbul edilərsə, artıq natriumun bədəndən çıxarılmasını təmin edər, bununla da ödem azalar.


Etiketlər:  Tərəvəz şorbası ödemi azaldır xəstələrə tövsiyə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ