Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxusuzluq üçün təbii vasitə: Minaçiçəyi

Yuxusuzluq üçün təbii vasitə: Minaçiçəyi

Tarix: 15 Yanvar 2022 23:30

Qurudulmuş minaçiçəyindən hazırlanan çay yuxuya getməyi asanlaşdırır.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, 1 çay qaşığı qurudulmuş minaçiçəyini 1 stəkan suda dəmləyib içsəniz, gecə yuxusu problemindən xilas olacaqsınız, həmçinin miqren ağrılarınızın qarşısını almış olacaqsınız.

Fitoterapevtlər bildirir ki, minaçiçəyi ilə hazırlanan çay baş ağrıları və yuxusuzluqla yanaşı, depressiyanı, narahatlığı, böyrək daşlarını, podaqranı, sarılığı aradan qaldırır, hətta ana südünü artırır, həm də aybaşı ağrılarına yaxşı gəlir.

Bundan başqa, baş, bel, oynaq, sinə və qulaq ağrıları zamanı fayda verir. Mədə və bağırsaqlara da yaxşı təsir edir. Boğaz əti iltihabı, soyuqlama, öskürək, astma və bronxitə qarşı faydalıdır.

Diş çürüməsi və diş əti xəstəliklərində qarqara olaraq istifadə edilir.


Etiketlər:  Yuxusuzluq üçün təbii vasitə Minaçiçəyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ