Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sulutəpədə avtomobillə vurulan piyada xəstəxanada öldü

Sulutəpədə avtomobillə vurulan piyada xəstəxanada öldü

Tarix: 2 Sentyabr 2019 17:36

Bakı. Trend:

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 1-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində Zərdab rayon sakini E.Xancanov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elşən Alıyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Sulutəpədə avtomobillə vurulan piyada xəstəxanada öldü


RƏYLƏR