Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 05:03
Əgər bir insan özünü xəstə kimi hiss edib, bir həkim mütəxəssisin yanına gedib yoxlanırsa, müayinələr normal çıxırsa və ya hər hansı diaqnozdan müalicə alıb, nəticə görmürsə, yenə də narahatlıq və ağrılar davam edirsə, deməli səbəb psixiloji faktorlardır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, il ərzində həkimdən həkimə gəzənlər mütləq gecikmədən psixiatr və psixoterapevtə müraciət etməlidirlər.
Psixoterapevtlər bildirir ki, bədəndə çox narahatlıqlar nevrotik olur və gərginlikdən baş verir.
Çox zaman digər həkimlər də xəstənin axtarışlarına son verib, birbaşa psixiatra yönəltmir, hər həkim öz sahəsinə uyğun az-çox hansısa problemi tapıb onu müalicə etməyə çalışır.
Bir çox xroniki həqiqi xəstəliklər də xroniki yorğunluqdan, sinir sisteminin gərginliyindən, mütəmadi stress vəziyyətindən yaranır.
Əgər vaxtında tədbir görülməsə, psixosomatika dərinləşir, ön plana ürək xəstəliyi, mədə-bağırsaq xorası, zob və s. çıxır.
Əgər pasiyentə diqqətlə qulaq asılsa onun simpatik, parasimpatik, vegetativ sinir sisteminin pozulmasını aydın görmək olur.
Təşvişli nevroz insana bədəni, orqanizmi ilə bağlı xoçagəlməz nəsə dedikdə, diaqnoz tapdıqda o daha da çıxılmaz quyuya düşdüyünü hiss edir və daha da aqressivləşir.
Xəstənin emosional durumu düzəlməyənə qədər, bədəndəki əlamətlər azalmayacaq.
Ona görə istənilən xəstəlik - istər ürək, mədə, oynaqlar, ağrıların müalicəsi ilə yanaşı psixoterapevtik seanslar da aparılmalı, xəstənin sinir sistemi qaydaya salınmalıdır.