Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 19:44
"Qarabağ” transfer pəncərəsinin son günündə növbəti transferini reallaşdırıb.
Qol.az-ın klubun saytına istinaqdən yaydığı xəbərə görə, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi cari ilin sonuna qədər icarəyə götürüb.
32 yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin “Portsmut” klubunda başlayıb.2017-ci ildən “Bornmut”da oynayan qapıçı “İpsviç”, “Stok Siti”, “Çelsi” kimi klublarda çıxış edib. Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersqovina millisində 61 oyun keçirib.