Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftin qiyməti 200 dollara qədər yüksələ bilər

Neftin qiyməti 200 dollara qədər yüksələ bilər

Tarix: 17 Yanvar 2022 14:48

Neftin bir barreli yaxın gələcəkdə 100 dollara, beş il ərzində isə 200 dollara qədər bahalaşa bilər.

Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, Bloomberg-in məlumatına görə, bunu 2008 və 2014-cü illərdə neft qiymətlərinin çökəcəyini proqnozlaşdıran ən uğurlu əmtəə hedc fondu menecerlərindən biri Daq Kinq deyib.

Ekspert dünyada əmtəə qiymətlərinin artacağını proqnozlaşdırıb. Onların indeksi artıq onillikdə rekorda yüksəlib (+27%), və bu reqəm artmaqdadır. Bloomberg-ə verdiyi müsahibədə o, xəbərdarlıq edib ki, qiymət artımının davam etməsi təklif problemlərindən qaynaqlanır. OPEC+ ölkələri vəziyyətə nəzarət edir və hər ay hasilat kvotasını artırır, lakin bütün həcmlər bazara çıxmır.

Kinq vurğulayıb ki, Rusiya dünyanın ikinci ən böyük neft istehsalçısı hesab edilsə də, əslində bazarı indikindən çox doldura bilmir. Onun sözlərinə görə, Moskva "şansı əldən verib" və hər ay kvotaların gündə 100 min barel artırılmasından istifadə edə bilməyib. Belə ki, noyabrda neft sənayesi bu həcmin cəmi 50 faizindən istifadə edib, dekabrda isə hasilat azalmağa başlayıb. Bu baxımdan qiymətlərin sürətlə artması Kremlə böyük dividendlər gətirməyəcək.

Maraqlıdır ki, ekspertin proqnozları OPEC və Beynəlxalq Enerji Agentliyinin 2022-ci il ərzində neft profisitini nəzərdə tutan proqnozlarından fərqlənir. Təbii ki, bu ssenari özünü doğrultsa, o zaman neftin maya dəyəri çox da yüksək olmayacaq.


Etiketlər:  Neftin qiyməti dollara qədər yüksələ bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ