Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 15:58
Argentinanın Lap Palma əyalətində iki gündür dəhşətli mənzərə yaşanır.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, əyalət kərgədan böcəklərinin istilasına məruz qalıb. Məlumata görə, böcəklər gündüzlər günəşdən qorunmaq üçün evlərin damlarına və kanalizasiya borularına toplaşır. Bu isə fəsadlara yol açıb. Məlumata görə, böcəklər gecələr işıq istiqamətində hərəkət etdiyi üçün, küçə işıqları söndürülüb. Sakinlərdən bəziləri böcəklərə zərər verməmək üçün onları toplayaraq, meşəlik ərazilərə atır. Bu mənzərə bəzi sakinlərdə isə qorxu yaradıb. Sakinlər böcəklərin evlərə daxil olmaması üçün qapılar və pəncərələri bağlayıb.
Bildirilir ki, kərgədan böcəkləri ilin bu fəslində torpaqdan çıxaraq ətrafa yayılır. Lakin bu il yağışlı və isti hava böcəklərin sürətlə artmasına səbəb olub.