Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda obyekt icarəsi bahalaşıb - VİDEO

Bakıda obyekt icarəsi bahalaşıb - VİDEO

Tarix: 17 Yanvar 2022 16:40

Ticarət obyektlərinin icarə haqları bahalaşıb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, son bir il ərzində qiymətlər 30 faizə qədər artıb.

Əmlakçıların sözlərinə görə, bahalaşmanın bir neçə səbəbi var. Ən başlıca səbəb isə son dövrlər ticarət obyektlərinə artan tələbatdır.

İcarə qiymətləri isə daha çox obyektin yeni və ya köhnə tikilidə olmasına görə fərqlənir.

Hazırda daha çox artım mərkəzdə olan obyektlərdədir.

Əmlakçılar həmçinin onu da bildirir ki, son dövrlər qiymət artımına görə icarədarla icarəyə götürən arasında imzalanan müqaviləyə xüsusi müddəalar əlavə edilir.

Qeyd edək ki, icarəyə götürülən obyektlər 3 fərqli istiqamət üçün - ticarət, ofis və restoran kimi istifadə olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Bakıda obyekt icarəsi bahalaşıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ