Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhriyar bu turnirdə ilk qələbəsini qazandı

Şəhriyar bu turnirdə ilk qələbəsini qazandı

Tarix: 18 Yanvar 2022 22:04

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Masters" şahmat super turnirinin dördüncü turunun oyunları keçirilib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparıb.

Rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız turu qələbə ilə başa vurub. Bu, təmsilçimizin turnirdə ilk qələbəsidir.

Qeyd edək ki, şahmatçımız ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə başa vurub. Ş.Məmmədyarovun aktivində 2,5 xal var və bu nəticə ilə beşinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 3 xalla hindistanlı Santoş Vidit başçılıq edir.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Yarışda 14 şahmatçı iştirak edir.


Etiketlər:  Şəhriyar turnirdə qələbəsini qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ