Tarix: 3 Sentyabr 2019 02:08
“Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəl karyerasını başa vurub.
Qol.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü İstanbul klubundan ayrılmayıb. O, “Fənərbaxça”nın məşqçilər korpusunda yer alacaq. 37 yaşlı qolkiper üçün vida matçı da keçiriləcək.
Qeyd edək ki, 2002-ci ildən “Fənərbaxça”da çıxış edən Volkan 5 çempionluq, 2 kubok, 3 Superkubok qazanıb. O, 2004—2014-cü illərdə Türkiyə millisinin heyətində 63 oyun keçirib.