Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Adəm və Həvvanın yaşadığı dövrdə din olmayıb” - Xalq artisti

“Adəm və Həvvanın yaşadığı dövrdə din olmayıb” - Xalq artisti

Tarix: 19 Yanvar 2022 17:15

Xalq artisti Brilliant Dadaşova mahnısı ilə Türkiyə gündəmini zəbt edən Sezen Aksu haqda şərh verib. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, Aksunun 2017-ci ildə musiqiçi Yaşar Gaga ilə çıxardığı  "Şahane bir şey yaşamak" mahnısındakı "salam söyləyin o cahil Həvva ilə Adəmə" sözlərinə etiraz edənlərə qarşı çıxıb. 

Dadaşova instaqramda rəy yazaraq qınaqların mənasız olduğu ifadə edilib:

"Bütün dinlərdə Adəm və Həvva haqqında yazılar var. Üstəgəl, Adəm və Həvvanın yaşadığı dövrdə yer üzündə heç bir din olmayıb. Bəlkə buna görə onları cahil adlandırıb? Bəlkə də cənnətdən qovulduğuna görə? Bəlkə Həvva nəfsinə hakim ola bilməyib, Allahın əmrindən çıxıb almanı dərib yediyinə görə? Sən demə, 21-ci əsrdə belə şeyləri dərk etməyənlər var". 


Etiketlər:  Adəm Həvvanın yaşadığı dövrdə olmayıb Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ