Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Merkelə BMT strukturunda iş təklif edilib

Merkelə BMT strukturunda iş təklif edilib

Tarix: 19 Yanvar 2022 21:18

BMT-nin Baş katibi Antonio Quterreş Almaniyanın sabiq kansleri Angela Merkelə qurumda yüksək səviyyəli müşavir postunu təklif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, DPA agentliyi bu barədə beynəlxalq təşkilatdakı mənbəyə istinadla məlumat yayıb.

Angela Merkel Antonio Quterreşin təklifinə hələ cavab verməyib. Onun bu təklifi qəbul etməyəcəyi ehtimal olunur.

Qeyd edək ki, 16 il Almaniyanın kansleri vəzifəsində çalışan Angela Merkel beşinci müddətə namizədliyini irəli sürməyib. 2021-ci ildə bu postda onu sosial-demokrat Olaf Şolts əvəz edib.

Milli.Az


Etiketlər:  Merkelə BMT strukturunda təklif edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ